Qubada 10-cu sinif şagirdi atasının qorxusundan özünü ASDI 7
(5-07-2021, 13:13)


Qubada 10-cu sinif şagirdi atasının qorxusundan özünü ASDI
Qubanın Aşağı Tüləkəran kəndində 10-cu sinif şagirdi olan yeniyetmə oğlan intihar edib.
 
Modern.az xəbər verir ki, bu barədə gecə saat 00.10-da Quba rayon polis şöbəsinin növbətçi hissəsindən rayon prokurorluğuna məlumat daxil olub. Dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanıb. Meyitə və hadisə yerinə baxış keçirilib.Yeniyetməimn meyiti məhkəmə tibb ekspertizasından keçirilib.
 
İlkin araşdırma zamanı müəyyən edilib ki, 2004-cü il təvəllüdlü Ruslan Şakir oğlu Həmidov iyulun 4-də-axşam saat 22 radəĺərində kənd ərazisində spirtli içki qəbul edib. Kənd məktəbinin 10-cu sinfində oxuyan Ruslan Həmidov bundan sonra atasının onun spirtli içki qəbul etməsini bilib əsəbləşəcəyindən qorxaraq intihar etmək qərarına gəlib. Yeniyetmə içkili halda özünü yaşadığı evin həyətində tövlənin talvarından asaraq intihar edib.
 
Faktla bağlı Quba rayon prokurorluğunda prokurorluğun böyük müstəntiqi Bəhruz Qədirli tərəfindən araşdırma başlanılıb.Araşdırma yeniyetmənin intihar faktının başvermə səbəbini tam müəyyən edəcək.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 100

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930