Heyvan kəsimi məntəqələrində yoxlamalar: 14 qanunsuz fəaliyyət göstərən obyekt aşkarlanıb - FOTO
(2-07-2021, 11:30)


Heyvan kəsimi məntəqələrində yoxlamalar: 14 qanunsuz fəaliyyət göstərən obyekt aşkarlanıb - FOTO
Baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədi üçün heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində monitorinqlər, yoxlama-nəzarət tədbirləri həyata keçirilir.
 
Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata əsasən, bir sıra heyvan kəsimi məntəqələri qanunsuz fəaliyyətini hələ də davam etdirməkdədir.
 
Belə ki, Bakı şəhərinin Qaradağ və Nizami rayonları ərazisində keçirilən monitorinqlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrinə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və inzibati tədbirlər görülməsinə baxmayaraq, onlardan bəzilərinin qanunsuz fəaliyyəti davam etdirdikləri aşkar olunub.
 
Belə ki, Qaradağ rayonu üzrə 11, Nizami rayonu üzrə 3 qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqəsi aşkar edilib.
 

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 115

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930