Azərbaycanda Qurban bayramının vaxtı məlum oldu - RƏSMİ
(30-06-2021, 12:35)


Azərbaycanda Qurban bayramının vaxtı məlum oldu - RƏSMİ
“Bu il Azərbaycanda Qurban Bayramı namazı iyulun 21-də qılınacaq”.
 
Bu sözləri BAKU.WS-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, “Məşhədi Dadaş” məscidinin imam-camaatı Hacı Şahin Həsənli bildirib.
 
QMİ rəsmisi əlavə edib ki, bayram günü qılınacaq namazın formatı ilə bağlı indidən dəqiq söz demək mümkün deyil: "Bayram namazında daha çox insanın iştirakı epidemioloji vəziyyətdən asılı olacaq. Bu barədə hələlik rəsmi qərar verilməyib.
 
Hazırda məscidlərdə müəyyən şərtlərlə camaat namazları qılınır və məscidlər təşkil olunur. Bayram namazına qədər vaksinasiya olunan insanların sayı artarsa, yoluxma dinamikası aşağı olarsa, bayram namazında daha çox insanın iştirakı mümkün ola bilər".
 
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə bu il Azərbaycanda Qurban bayramı iyulun 20-21-nə təsadüf edəcək.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 173

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930