“Azərbaycanın müasir tarixi öyrənilməli və təbliğ olunmalıdır
(31-05-2021, 11:25)

 Azərbaycanxalqının Ümummilli Lideri Heydər Əliyev öz çıxışlarında, o cümlədən tarixçi alimlərlə olan görüşlərində həmişə Azərbaycanın son iki yüzillik tarixinin yenidən tədqiq olunmasını, tarixin olduğu kimi araşdırılması, dərk olunması və gələcək nəsillərə düzgün çatdırılmasının zəruri olduğunu xüsusi olaraq vurğulamışdır.
Ulu öndərin erməni vandallarının Azərbaycan xalqına qarşı törətdikləri qətliyamlar, soyqırımlar, deportasiyalar barədə imzaladığı dövlət sənədləri, dövlətçilik tariximizə, görkəmli tarixi şəxsiyyətlərimizə verdiyi yüksək qiymət tariximizin öyrənilməsini düzgün istiqamətə yönəltmişdir.
Ulu Öndərin tarixi ədaləti bərpa etmək siyasətini uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çağırışları, tövsiyə və tapşırıqları ilə son illər Qarabağın, Naxçıvanın, İrəvan xanlığının, xalqımıza qarşı soyqırımların, itirilmiş torpaqlarımızın tarixinə dair qiymətli əsərlər, ilk mənbələr nəşr olunmuş, xarici ölkələrdən minlərlə qiymətli sənədlər gətirilərək arxiv sənədləri topluları nəşr olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin may ayının 27-də Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçukla görüşü zamanı diqqət etdiyi və xüsusi olaraq vurğuladığı əsas məqamlardan biri də məhz tarixi həqiqətlərin öyrənilməsi, saxta, təhrif olunmuş tarixin birgə əməkdaşlıq nəticəsində aradan qaldırılması olmuşdur. Görüşdə cənab Prezident xüsusilə vurğulamışdır ki, “Azərbaycanın müasir tarixi öyrənilməli və təbliğ olunmalıdır. Təhsil proqramlarında, orta və ali məktəblərdə, universitetlərdə tarix dərsliklərinəİkinci Qarabağ müharibəsi mövzusu mütləq salınmalıdır. Bizim bu şanlı tariximiz dəqiqliklə öyrənilməlidir. Çünki beynəlxalq mətbuatda bu günə qədər İkinci Qarabağ müharibəsi ilə bağlı yanlış və təhrif edilmiş məlumat dərc edilir. Real həqiqətləri biz həm öz vətəndaşlarımıza, həm də dünyaya çatdırmalıyıq”.
Cənab Prezidentin 44 günlük Vətən müharibəsinin, şanlı qələbəmizin ali və orta məktəb proqramlarında, tarix dərsliklərində əks etdirilməsi ilə bağlı göstərişlərinin icrası istiqamətində artıq addımlar atılır. Bildiyimiz kimi, əvvəllər VII və VIII siniflərdə Qarabağ tarixi adlı fakültativ dərslər keçirilirdi. İndi artıq gələn tədris ilindən IX siniflər üçün “Qarabağın zəfər tarixi” adlı fənn keçiriləcəkdir. “Qarabağ tarixi” fənni artıq “Qarabağın zəfər tarixi” fənni ilə əvəzlənəcəkdir. Təhsil Nazirliyi tərəfindən Qarabağın zəfər tarixi ilə bağlı hazırda işlər görülür, o cümlədən, Dövlət İmtahan Mərkəzi də bu il qəbul imtahanına düşən mövzular sırasına Vətən müharibəsində qazandığımız qələbə ilə bağlı suallar daxil etmişdir. Yəni proqramda da xüsusi dəyişikliklər edilərək məhz Vətən müharibəsində qazandığımız böyük zəfərin qəbul proqramlarında və suallarda əks olunması haqqında müvafiq addmlar atılıb.
Xəyalə Dadaşova, 
Salyan rayon Qızılağac kənd tam orta məktəbin müəllimiшаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 16

Xəbər lenti
Təqvim
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930