Son üç ayda ƏƏSMN-nin fəaliyyət sahələri üzrə 150,7 min e-arayış verilib
(15-04-2021, 10:00)

Bu ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 150,7 min elektron arayış verilib.
Nazirlikdən APA-ya verilən məlumata görə, sosial sahə üzrə xidmətlərin elektronlaşdırılması proqramı çərçivəsində Nazirlik üzrə son iki ildə 30-dək e-arayış xidməti yaradılıb.
Beləliklə, vətəndaşlara əmək, məşğulluq, sosial müdafiə, sosial sığorta, əlillik, sosial təminat növləri, mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə arayışları hər hansı quruma müraciət etmədən, real vaxt rejimində e-qaydada əldə edə bilmək imkanı yaradılıb.
Ana səhifəyə qayıt
Oxunub: 181
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər