"Kolleksiyamda 3 minə yaxın saat var, bu saatları 28 ildə toplamışam..." - FOTOLAR
(14-04-2021, 11:00)


“Atam saatsaz olub, ona görə də bu saatları toplamaqda məqsədim atamı hər zaman yaşatmaq olub. Kolleksiyamda 3 minə yaxın saat var. Atamdan cəmi 5 saat qalıb. Bu saatları 28 ilə yaxın bir vaxtda toplamışam. Saatları toplamaq da belə olub ki, bəzən dost-tanış gətirib hədiyyə verib, bəzən də özüm pul ödəyib almışam. Kolleksiyadakı saatlar arasında Yaponiya, Fransa, Rusiya, Almaniya və digər ölkələrdən gətirilən saatlar var. Hər bir saat mənim üçün böyük dəyər və məna kəsb edir”
Bunu Moderator.az-a açıqlamasında Maştağa sakini, kolleksiyaçı Ramiz Əliyev deyib. Kolleksiyaçı daha sonra əlavə edib.
“Bu saatların içərisində 2 əsrin saatı var, təbii ki, onun qiyməti yoxdur. Hamısı mənim üçün qiymətlidir. Çünki saatları yaxşı tanıyıram, mexanizmlərini bilirəm. Bu saatların heç biri saz vəziyyətdə olmayıb, götürüb təmir edib, təmizləyib bu vəziyyətə gətirmişəm. Bahalı, yaxud da ucuz saat anlamı yoxdur mənim üçün. Əsas odur ki, saatların hər biri işləyir. Onlara qulluq etmək də çox çətin və məsuliyyətlidir.
Hər dəfə saatlara qulluq edəndə böyük zövq alıram. 50 il bundan əvvəl fəaliyyət göstərən saatın zəngini, səsini eşitmək gözəl duyğudur. İşdən sonra gəlib burada oturub dincəlirəm. Vaxtın nə qədər dəyərli olduğunu, necə tez keçdiyini burada olanda bir daha başa düşürəm. Kolleksiyamda hər saatların növlərindən toplamışam. Hər saatdan da bir ədəddir, kolleksiyamda eyni saatdan yoxdur. Eyni şirkətin saatı ola bilər, amma müxtəlif görünüşdədir. Onu da bildirim ki, bu saatların hər biri fərqli vaxtları göstərir” deyə kolleksiyaçı bildirib.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 176

Xəbər lenti