Tovuzda toy mərasiminin keçirilməsinin qarşısı alınıb, 12 nəfər cərimə edilib
(13-04-2021, 17:00)


Tovuzda toy mərasiminin keçirilməsinin qarşısı alınıb, 12 nəfər cərimə edilib
Tovuz Rayon Polis Şöbəsinə (RPŞ) Aşağı Şamlıq kəndində toy mərasiminin keçiriləcəyi barədə məlumat daxil olub.
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
 
Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, saxlanılan 12 nəfər şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 200 manat miqdarında cərimə edilib.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 122

Xəbər lenti