Azərbaycanda sentyabrın 15-dən ənənəvi tədrisə qayıtmağın şərtləri açıqlanıb
(8-04-2021, 10:00)

“Yaşı 50-dən yuxarı olan müəllim və texniki heyətdən Bakıda 54 %-i, Sumqayıtda 69 %-i, Abşeronda 60 %-i, digər bölgələrdə isə 50 %-i koronavirus əleyhinə peyvənd vurdurub”.
Bunu təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, bu rəqəmlər hər gün dəyişir: “Hər hansı məktəbin işçi heyətinin 85 %-dən çoxu vaksinasiya prosesindən keçibsə, həmin təhsil ocağını müəyyən mənada təhlükəsiz məktəb kimi qiymətləndirə bilərik. Əminəm ki, təhsilin bütün sahəsi üzrə 80-90 % müəllim və texniki heyət peyvənd olunacaqsa, bu şərtlə sentyabrın 15-də ənənəvi tədrisə qayıda bilərik. Əks halda sadəcə hansısa qapanma və dalğalarla pandemiya uzun müddət davam edəcək. Ona görə də ən effektik üsul peyvəndləmədir”.
O həmçinin xatırladıb ki, son aylarda gündəlik yoluxanların təxminən 4-6 %-ni müəllimlər təşkil edib: “Həmin faiz sırf məktəblərdə yoluxmalarla bağlı deyil. Müəllimin də ailələri var və ailədaxili yoluxmalar qeydə alınır. Şagird yoluxması da 6-8 % təşkil edib. Bəzi məktəblərdə müəllimlər arasında kütləvi yoluxma faktları çox az hallarda qeydə alınıb və həmin təhsil ocaqları da distant tədrisə keçib”.
Ana səhifəyə qayıt
Oxunub: 135
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Təqvim
| « Noyabr 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
Seçilənlər






