12 ağac kəsildi: Toplanmış sənədlər Baş Prokurorluğa göndərildi
(6-04-2021, 09:00)

12 ağac kəsildi: Toplanmış sənədlər Baş Prokurorluğa göndərildi
Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsi 1 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.
 
Regional Ekologiya İdarəsinin rəsmisi Fərid Piriyev bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazinin tikinti aparmaq məqsədilə hasara alındığı və 12 ağacın kökündən çıxarılaraq məhv edildiyi məlum olub. Araşdırma zamanı ərazinin Könül Hümmətlinin mülkiyyətində olduğu və ağacların kəsilməsi nəticəsində təbiətə 9800 manat məbləğində ziyan dəydiyi müəyyən edilib:
 
“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 126

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930