Xızıda toy keçirilməsinin qarşısı alınıb
(5-04-2021, 12:13)


Xızıda toy keçirilməsinin qarşısı alınıb
Xızıda karantin qaydalarını pozaraq toy məclisi təşkil edən şəxslər məsuliyyətə cəlb olunub.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonunda regional qrupundan APA-ya verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı rayonun Yaşma kənd sakini Mirsəftər Camalovun həyətində karantin rejiminin qaydalarını pozaraq oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.
 
Xızı RPŞ-nin əməkdaşları tərəfindən həmin məclisin təşkilatçısına və orada iştirak edənlərə bir daha karantin rejiminin qaydaları izah olunub. 10 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib və həmin şəxslər məsuliyyətə cəlb olunublar.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 123

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930