Dələduzluğa görə həbs edilən 70 yaşlı elmlər doktoruna ağır cəza verildi
(2-04-2021, 09:00)


Dələduzluğa görə həbs edilən 70 yaşlı elmlər doktoruna ağır cəza verildi
Külli miqdarda dələduzluqda təqsirləndirilən iqtisad elmləri doktoru, 70 yaşlı Müstəcəb Mustafa oğlu Səfərovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
 
Məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə araşdırılıb. Məhkəmənin hökmü ilə M.Səfərov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, M.Səfərov vətəndaş Zərifə Əli qızı Əliyevanın 250 min dollar pulunu iş qurmaq vədi ilə alıb. Sonra isə dələduzluq yolu ilə mənimsəyib. Məlumata görə zərərin bir hissəsi ödənilib.
 
M.Səfərova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
 
Qeyd edək ki, M.Səfərov “Afurca” istirahət mərkəzinin rəhbəri olub.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 163

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930