Bakıda güclü külək əsəcək, rayonlara yağış, qar yağacaq - XƏBƏRDARLIQ
(22-03-2021, 17:30)


Sabah Bakıda güclü külək əsəcək, rayonlara yağış, qar yağacaq - XƏBƏRDARLIQ
Martın 22-si gündüz Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, arabir 20 m/s, 23-ü gündüzdın 24-ü səhərədək isə cənub-qərb küləyinin 15-18 m/s, arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.
 
Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, martın 22-si şimal və qərb rayonlarında, 23-ü axşamdan 25-i gündüzədək isə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 136

Xəbər lenti