Cəlilabad sakinlərindən silah-sursat və narkotik götürülüb
(1-03-2021, 14:37)

Cəlilabad sakinlərindən silah-sursat və narkotik götürülüb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Göytəpə şəhər sakini Səbuhi Qəfərov saxlanılıb. Üzərinə keçirilən baxış zamanı ondan 78 qramdan artıq heroin və 3 ədəd metadon həbi aşkarlanaraq götürülüb. Araşdırmalarla onun narkotik vasitəni əvvəlcədən olan sövdələşmə əsasında Cəlilabad sakini, əvvəllər məhkum olunmuş Mirelnur Mürsəlova satmalı olduğu müəyyən edilib və sonuncu da polis əməkdaşları tərəfindən saxlanılıb.
M.Mürsəlovun yaşadığı evin zirzəmisinə keçirilən baxış zamanı oradan 1 ədəd “Kalaşnikov” markalı avtomat, həmin silaha aid sandıqça və 55 ədəd patron, 2 ədəd F1 əl qumbarası, “Makarov” markalı tapançaya aid 4 ədəd patron aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.
Ana səhifəyə qayıt
Oxunub: 127
Xəbəri paylaş
Xəbər lenti
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər