“Biz terrora qarşı mübarizə aparanda, onlardan biri də səsini çıxarıb demədi ki...”
(1-03-2021, 11:24)


“Biz terrora qarşı mübarizə aparanda, onlardan biri də səsini çıxarıb demədi ki...”

Tofiq Abbasov: “Bütün dünya “erməni terroru” fenomenininin mövcudluğunu bilir, amma çoxu bu barədə susur”

 

Azərbaycanın uzun illərdir ki, erməni terroruna qarşı mübarizə aaprdığını, ordumuzun 8 noyabr zəfəri ilə terrorçu qüvvələr, işğalçı ordu üzərində parlaq zəfər çaldığı hər kəsə məlumdur. Lakin təəssüflər olsun ki, bu gün də bəzi qüvvələr müxtəlif yollarla məğlub Ermənistan ordusunu dirçəltməyə, onu müasirləşdirməyə çalışır, erməni terrorunun ifşası istiqamətində atılan addımları dəstəkləmirlər.

 

Moderator.az-a açıqlamasında bu məqama diqqət çəkən politoloq Tofiq Abbasov, əslində bütün dünyanın erməni terrorunun mövcudluğuna, onun qanlı simasına yaxşı bələd olduğunu, lakin əksər dövlətlərin bu haqda susmağa üstünlük verdiyini qınadı:

 

“Azərbaycan uzun illərdir ki, erməni terroruna qarşı mübarizə aparır. Lakin dünyanın aparıcı dövlətləri, böyük gücləri səslərini belə çıxarmırrlar. Söznən də olsa bildirmirlər ki, bu düzgündür, ya düzgün deyil. Halbuki, Azərbaycanın erməni terroruna qarşı apardığı mübarizə bütövlükdə dünyada sülhün, təhlükəsizliyin möhkəmlənməsi baxımından vacib addımlardır.

 

“Erməni terroru” termini ABŞ-da 1980-ci il illərdə  dərc edilən jurnallarında işlədilib. Bu ifadəni ABŞ mütəxəssisləri, ekspertləri işlədiblər. Deməli, onlar bu fenomenin olmasını danmırlar, amma terrora qarşı aparılan mübarizəni qəribçiliyə salmaq istəyirlər. Belə bir mövqe ədalətli sayılmadığı kimi, Azərbaycanın terrora qarşı apardığı mübarizədən də çəkindirə bilməz. Azərbaycan terrora qarşı hər zaman qətiyyətlə mübarizə aparıb və bundan sonra da bu məsələdə daim ciddi prinsipiallıq sərgiləyəcək”.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 117

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930