“Azəriqaz” sözçüsü: “Səhlənkarlığa baxın! Qaz borusuna su qoşulub. Şaxta isə onu dondurub” - VİDEO
(24-02-2021, 16:30)


“Azəriqaz” sözçüsü: “Səhlənkarlığa baxın! Qaz borusuna su qoşulub. Şaxta isə onu dondurub” - VİDEO
Fevralın 22-də qonşulardan birinin səhlənkarlığı ucbatından su borusunun qaz xəttinə qoşulması səbəbindən yaranan problem aradan qaldırılıb. 
 
Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin (İB) mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov məlumat verib. 
 
Bildirib ki, sözügedən problem səbəbindən bir binanın qazsız qaldığı barədə məlumat vermişdik:
 
“Bu fakt paytaxtın Nərimanov rayonu Y.Nəsirov küçəsi 5/15 ünvanında baş verib. Düzdür, gecə saatlarına qədər işlədik, təchizat bərpa olundu. Lakin baş verən səhlənkarlığın nəticəsinə bir də baxın. Görünür, əsas xətlərə də müəyyən qədər su dolaraq qalıb. Çünki bir blokun 18 mənzilində qaz yoxdur. Blokun giriş hissəsində qaz var, lakin mənzillərə getmir. Düşünürük ki, su xətlərə dolub və şaxtadan donub. “Azəriqaz” İB əməkdaşları ərazidədir. Borulardakı donu açmağa çalışırıq”.

 

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 121

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031