Sabah Bakıda intensiv qar yağacaq, çovğun olacaq - XƏBƏRDARLIQ
(23-02-2021, 16:30)


Sabah Bakıda intensiv qar yağacaq, çovğun olacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında fevralın 24-də arabir qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
 
Milli Hidrometeorologiya Xidmətindən verillən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək.
 
Çovğun olacağı ehtimalı var. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə və gündüz 0-4 dərəcə şaxta olacaq.
 
Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 779 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək. Gecə və səhər yolların buz bağlayacağı gözlənilir.
 
Azərbaycanın rayonlarında hava şəraitinin arabir dumanlı, yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək.
 
Havanın temperaturu gecə və gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacaq. Dağlıq və dağətəyi ərazilərdə yolların buz bağlayacağı gözlənilir.
 
Tibbi-meteoroloji xəbərdarlığa gəlincə, fevralın 24-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda temperaturun kəskin aşağı enəcəyi gözlənilir ki, bu da əksər insanlar üçün əlverişsizdir.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 115

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031