Niderlandda Xocalı soyqırımı faciə şahidləri ilə anılıb
(22-02-2021, 09:00)


Niderlandda Xocalı soyqırımı faciə şahidləri ilə anılıb

“Xocalı - Qan Yaddaşımız!” vebinarını “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi diaspora təşkilatı təşkil edib

 

Dünən Xocalı soyqırımının anım günü ilə əlaqədar olaraq Niderland Krallığında fəaliyyət göstərən  “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin təşkilatçılığı, AR Diasporla İş üzrə Dövlət Komitəsi və Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının dəstəyilə “Xocalı – Qan Yaddaşımız!” adlı online anım konfransı keçirilib. ZOOM proqramı vasitəsilə baş tutan konfrans Facebook üzərindən də canlı yayınlanıb.

 

Video-konfransda Azərbaycan Respublikasının Niderland Krallığında fəaliyyət göstərən fövqəladə səlahiyyətli səfiri Fikrət Axundov, AR Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev, Niderland Parlamentinin üzvü, DENK Partiyasının deputatı Tunahan Kuzu, millət vəkilləri -  Sahib Alıyev və Ramin Məmmədov, “Xocalı Soyqırımını Tanıtma” İB-in sədri Şamil Ələkbərli, TC Cümhurbaşkanlığı Güvenlik və Dış Politikalar Kurul üyesi, TADİV başkanı, professor Aygün Attar,  tarix elmləri doktoru, professor Həvva Məmmədova, Xocalı soyqırımının canlı şahidləri - Mürvət Məmmədov, Dürdanə Ağayeva, Samirə Hüseynova, Şahin Əzimov, Ayna Novruzova,  Ağdam Mərkəzi rayon xəstəxanasının sabiq baş həkimi Taryel Eyvazov, Azərbaycan Respublikasının Əməkdar artisti, şəhid ailəsi Gülüstan Əliyeva, Diaspor İnformasiya Mərkəzinin rəhbəri Toğrul Allahverdiyev, Diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk və başqaları iştirak ediblər.

 

Video-konfrans iştirakçılarını salamlayan  “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva bildirib ki, Xocalı soyqırımının ildönümündən 29 il ötməsinə baxmayaraq, hər il Azərbaycan və dünyanın bir çox ölkələrində hüznlə qeyd olunur. Ermənilərin bu vəhşiliyi unudulmur və unutdurulmur, dünyadakı Azərbaycan diaspor təşkilatları kimi biz də hər il Xocalı soyqırımı üçün anım mərasimləri təşkil edir, konfranslar keçirir, beynəlxalq qurumlara bəyanat və məktublar göndəririk. Burda yaşayan soydaşlarımızın hər il  Niderland Azərbaycan Türk Kültür Dərnəyinin Haaqa şəhərində ucaltdığı monumenti ziyarət etməsi ilə başlayan tədbirlər silsiləsi ilə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılır. Təəssüf ki, bu il korona virusu qaydalarına tabe olmaq məcburiyyətindən monumentə kütləvi axın olmayacaq, məhdud sayla Xocalı qurbanlarının əziz xatirəsi anılacaq. Sonra isə erməni səfirliyinin qarşısında 10 nəfərlik səssiz aksiya keçiriləcək, soyqırımla bağlı bəyanat təqdim ediləcək. Xocalı soyqırımına həsr olunmuş poçt markaları çap elətdirilib, yerli əhali arasında Azərbaycan haqqında sorğu aparıllb.

 

Video-konfransın moderatoru Xatirə Sərdarqızı Xocalı soyqırımı haqqında qısaca statistik məlumat verib. Şəhidlərin ruhu 1 dəqiqəlik sükutla anıldıqdan sonra, Xocalı faciəsi haqqında qısa video-rolikə baxılıb.

 

Sonra söz Azərbaycan Respublikasının Niderland Krallığında fəaliyyət göstərən fövqəladə səlahiyyətli səfiri Fikrət Axundova verilib. F.Axundov çıxışında Xocalı soyqırımı haqqında danışaraq dünyada istər diplomatik korpusların, istərsə də diaspora təşkilatlarının Xocalı soyqırımının tanıtdırılması yolunda gördüyü işlərdən danışıb. Niderlandda Xocalı şəhidlərinin ruhuna ucaldılmış monumentin olduğunu və hər il soydaşlarımızın oranı kütləvi şəkildə ziyarət etdiyini diqqətə çatdırıb. Müharibə bitsə də düşmənlə mübarizənin davam etdiyini qeyd edən səfir xüsusilə gəncləri informasiya savaşında aktiv olmağa çağırıb.

 

AR Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev çıxışında Xocalı soyqırımının tanıdılması naminə Azərbaycan diasporasının son 2 ildə gördüyü işlərdən danışıb. Son illər pandemiya qaydalarına görə diaspora fəallarının ən çox informasiya sahəsində, online mübarizə apardığını, daha çox media və parlamentlərlə işlər aparıldığını vurğulayıb.

 

Azərbaycan Respublikası Milli Məclisinin üzvü Sahib Alıyev çıxışında məqsədimizin Xocalı soyqırımını tanıtmaq deyil, təsdiqlətmək olduğunu xüsusi vurğulayıb: “Soyqırımı təsdiqlətmək deyəndə ağlayıb-sızlamaqla deyil, həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaləyıq ki, “bizə 100 il öncə soyqırım ediblər” deyib ağlayanların özləri 1992-ci ildə soyqırım, insanlıq cinayəti törədiblər. Dünya ictimaiyyəti bilməlidir ki, heç bir xalq, heç bir dövlət nə separatizmdən, nə soyqırımdan, nə də müharibələrdən sığortalanmayıb. Bu gün bizim başımıza gətirilənlər, sabah onlarda da baş verə bilər.

 

Niderland Krallığı Parlamentinin DENK partiyasından millət vəkili Tunahan Kuzu Avropanın ikiüzlü siyasətindən bəhs edib: “Təəssüf ki, 100 il bundan öncə olmayan olayları gündəmə gətirirlər, amma 29 il öncə baş verən Xocalı soyqırımı haqqında da isə duymaq istəmirlər. Xocalı soyqırımını ilk dəfə Niderland Parlamentində gündəmə gətirən DENK partiyasının millət vəkili olaraq mən olmuşam. Və bununla işimiz bitmir, hər zaman bu barədə danışmalıyıq, unutmamalı, unutdurmamalıyıq.

 

TC Cümhurbaşkanlığı Güvenlik və Dış Politikalar Kurul üyesi, TADİV başkanı, professor Aygün Attar da çıxışında Xocalı soyqırımını sadəcə 26 fevralda deyil,  ilin 365 günü unutmamalıyıq. Fevral ayı demək Xocalı soyqırımı demək, insanlığın mutasiyaya uğraması demək, dünyanın insanlıq sınavında sinifdə qalması demək, ədalətin iflası deməkdir. Xocalı soyqırımı bir ağsaqqal dədənin gözləri önündə nəvəsinə təcavüz edilməsi, bir ananın gözləri qarşısında oğlunun başının kəsilməsi, cocuqların vəhşicəsinə öldürülməsi, suçsuz sivillərin qəddarlıqla məhv edilməsi deməkdir. Bütün bu vəhşətin isə milli və dini mənsubiyyətə görə törədilməsi demək. Bu kimi insanlıq suçlarının yaşanmaması üçün Xocalıya ədalət deyərək ədalətin bərpası üçün mücadilə etməliyik. Odur ki, hər zaman Xocalıya ədalət istəyirik!

 

Dürdanə Ağayeva Xocalı şahidi olaraq əsir qaldığı günlərdə özünün və digər azərbaycanlıların başlarına gətirilən dəhşətli hadisələri danışıb, bu faktları kitab halına gətirərək 4 dilə tərcümə etdirdiyini, ömrünün sonuna qədər də bu həqiqətləri duyuracağını və ədalətin bərpa olunması üçün əlindən gələni edəcəyini bildirib.

 

 Ağdam Mərkəzi rayon xəstəxanasının sabiq baş həkimi Taryel Eyvazov da çıxış edərək həmin günlər şahidi olduğu dəhşətlərdən qısaca danışıb: “Ən dəhşətlisi isə yüzlərlə işgəncə görmüş meyidləri gördüyümüz halda xalqa verilən informasiyalarda ölü sayının 2 nəfər kimi deyilməsi və erməni terrorçularının Xocalı faciəsinin səhərisi günü Ağdam şəhər xəstəxanasının bombalanması idi. Bu da hansı insanlıqdan kənar, vəhşi bir düşmənlə üz-üazə olduğumuzu sübut edirdi. Şükürlər olsun ki, 44 günlük Vətən müharibəsində Ali baş komandanımız cənab İlham Əliyev və şücaətli əsgərlərimiz sayəsində əldə etdiyimiz Zəfərimiz var və Xocalıların qisasının alındığının da şahidi olduq”.

 

Konfransda iştirak edən Xocalı hadisəsinin digər canlı şahidləri həmin günlərdə şəxsən gördükləri və yaşadıqları vəhşətlərdən ürəkağrısı ilə danışıblar.

 

Filologiya Elmləri  fəlsəfə doktoru, Miqrasiya Proseslərinin Tədqiqi  İctimai Birliyinij sədri, yazıçı-publisist, şairə AzerTac-ın sabiq muxbiri,  Qarabag Qazisi Fəridə Hicran Xocalı soyqırımı zamanı Ağdamda yaşadığını, hadisə şahidlərini gözləri ilə gördüyünü və bunlardan təsirlənərək kitab və şeir yazdığını bildirib və yazdığı şeiri konfrans iştirakçıları üçün oxuyub.

 

Xocalı Soyqırımını Tanıtma” İB-in sədri Şamil Ələkbərli də çıxış edərək 44 günlük Vətən müharibəsində qazandığımız şanlı qələbədən sonra əsas vəzifəmizin Xocalı soyqırımının hüquqi qiymət alması, faciəni törədənlərin cəzalandırılmasına nail olmaq olduğunu qeyd edib.

 

Azərbaycan Yazıçılar Birliyinin üvzü, Peşəyönümlü Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin sədri İradə Əlili çıxışında 2018-ci ildə çap etdirdiyi  "Xocalı şahidlər danışır" kitabı haqqında məlumat verib. Xocalı şahidlərinin danışdığı faktlardan toplanan kitabını bir neçə dilə tərcümə etdirərək dünya ictimaiyyətinin də diqqətinə çatdırdığını vurğulayıb.

 

Konfransın sonunda Xocalı soyqırımında vəhşicəsinə qətl edilmiş 5 yaşlı naməlum qıza həsr edilmiş şeir klipi nümayiş etdirilib.

.

#justiceforKhojaly

#unutmadıq,unutdurmayacağıq!

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 6

Xəbər lenti
Təqvim
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728