Bakıda ahıl qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb
(20-02-2021, 12:00)


Bakıda ahıl qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb
Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı rayon ərazisində soyğunçuluq etməkdə şübhəli bilinən vətəndaş Bahadur Ağayev saxlanılıb.
 
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, araşdırma zamanı məlum olub ki, qeyd edilən şəxs hadisə zamanı qonşusu ahıl qadının evinə daxil olub.
 
Orada yataq xəstəsi olan qadının sərbəst hərəkət edə bilməməsindən istifadə edərək mənzildə olan dəyəri 550 manat olan “Samsung” markalı mobil telefonunu soyğunçuluq edərək ələ keçirib. Polis əməkdaşları tərəfindən saxlanılan Bahadur Ağayev etdiyi cinayəti etiraf edib.
 
Qeyd edilən faktla bağlı Yasamal  Rayon Polis İdarəsində  Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb zəruri istintaq tədbirləri davam etdirilir.
 
Bahadur Ağayevin paytaxt  ərazisində digər analoji cinayətlər etdikləri istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə, bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzi  ilə əlaqə saxlayaraq məlumat vermə bilərlər.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 133

Xəbər lenti