Azərbaycanda internetin sürəti yoxlanılacaq
(17-02-2021, 19:05)


Azərbaycanda internetin sürəti yoxlanılacaq
"Azərbaycanda VAR (video-köməkçi hakim) sisteminin tətbiqi ilə bağlı müzakirələr aparmaq üçün qarşıda bir neçə ay vaxtımız var. Hələ çox araşdırma aparılacaq. Yalnız bundan sonra qəti qərara gələcəyik".
 
Bu fikirləri AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik İTV-də yayımlanan "Bol idman" verilişində deyib.
 
Avstriyalı funksioner bildirib ki, VAR-ın tətbiqi üçün əvvəlcə ölkədə internetin sürəti yoxlanılacaq: "Sürət zəifdirsə, stadionun yaxınlığında hər hansı van qoyula və bundan istifadə oluna bilər. Problem yoxdursa, mərkəzləşdirilmiş otaqdan da istifadə edilə bilər".
 
Ştuxlik artıq avrokubok matçlarında da VAR-ın mərkəzləşdirilmiş sistemdən idarə olunduğunu bildirib: "UEFA-dan danışırıqsa, dekabradək avrokuboklarda VAR otağı stadionlarda olurdu. Artıq hər şey mərkəz Nyondan idarə olunur. UEFA da mərkəzləşdirilmiş sistemə keçir. Təbii ki, bu, həddindən artıq böyük proqramdır. UEFA-nın bununla bağlı aşkar təhsil proqramları var. Hakimləri öyrətmək üçün müxtəlif materiallar, videokliplər göstərilir, videoməşğələlər olur, oflayn oyunlar keçirilir".
 
Qeyd edək ki, AFFA iki gün öncə Azərbaycanda VAR-ın tətbiqi ilə bağlı ilkin detalları açıqlayıb.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 5

Xəbər lenti
Təqvim
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728