Karantində toy keçirilən restoran DEPUTATA MƏXSUSDUR - FOTOLAR
(8-02-2021, 11:47)







Xəbər verdiyimiz kimi ötən gün Bakıda şadlıq evində toy məclisi keçirənlər saxlanılıb. 

Yasamal rayonunda yerləşən “Atlantis” restoranının “Euphoria” musiqi zalında xüsusi karantin rejiminin qaydaları pozularaq toy məclisi təşkil olunub.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı gizli şəkildə toy məclisi təşkil edənlərin qarşısı alınıb.

Toy məclisi keçirilən restoran keçmiş Milli Məclisin deputatı Əliağa Hüseynova məxsusdur. Restoran Əliağa Hüseynovun oğlu tərəfindən idarə olunduğu bildirilir.

Qeyd edəki, V çağırış Milli Məclisin deputatı olmuş, general Əliağa Hüseynov keçmiş baş hərbi komissar,və Salyan rayonun icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Sabiq deputat Əliağa Hüseynov keçmiş Nəqliyyat naziri Ziya Məmmədovla qudasıdır.





шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 405

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930