Azərbaycanda heyvanlar arasında koronavirusa yoluxma halı olubmu?  
 (28-01-2021, 10:13) 
	"Azərbaycanda heyvanlar arasında koronavirusa yoluxma halı qeydə alınmayıb".
Bunu "Report"a müsahibəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı şöbəsinin müdiri, Respublikanın Baş Dövlət Baytarlıq Müfəttişi Qalib Əbdüləliyev deyib.
Onun sözlərinə görə, pandemiya başlayan vaxt koronavirusun kifayət qədər öyrənilməmiş xəstəlik olduğu bildirilib: "Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının təsnifatında təhlükəli xəstəliklər bölməsi var. Buna da o cür yanaşmaq lazımdır. Biz də ona uyğun tədbirlər həyata keçirdik. Getdikcə tədqiqatlar göstərdi ki, qablaşdırılmış, emal olunmuş məhsullarda xəstəliyin yayılma faizi azdır. Alınan məlumatlara görə, bəzi hallarda xəstə insanın saxladığı ev heyvanında yoluxma aşkar olundu. ABŞ-da xəstəliyə yoluxmuş zoopark işçisindən oradakı pələnglərin yoluxması halına rast gəlindi. Beləliklə heyvanların yoluxması faktları artdı. Ötən ilin sonu məlum oldu ki, su samurları, xəzli heyvanlar bu xəstəliyin daşıyıcısı ola bilir. Ona görə Danimarka, Kanada və Niderlanda çoxlu sayda heyvan məhv olundu. Bizdə su samurları saxlanılmadığı üçün bu təhlükə bizim üçün aktual deyil. Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) klinikalara müayinəyə gətirilmiş heyvanlarda koronavirusla bağlı yoxlamalar aparılması üçün tədqiqatlar aparır ki, bununla müəyyən olunsun ki, evdə saxlanılan heyvanlarda yoluxma riski var ya yoxdur. Bu tədqiqatlar davam edir, amma koronavirusa yoluxma halına rast gəlinməyib".
   Ana səhifəyə qayıt               
         
         
         
         
         
         
         
         
         Oxunub: 153
 
	
 	
	Xəbəri paylaş
	
			
		 
		 
  
            
Xəbər lenti
   
		    09-10-2025 16:23
 
                
 
 05-09-2025 09:00
 
                
 
 04-09-2025 17:30
 
                
 
 04-09-2025 13:30
 
                
 
 04-09-2025 09:30
 
                
 
 03-09-2025 16:30
 
                
 
 
				Ən çox baxılanlar
					
  
  
				Təqvim
					
  
  | « Noyabr 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B | 
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 
				Seçilənlər
					
  
  






