“Rusiyanın 100 şəhərində mitinqlərin təşkil olunması təkcə Navalnının xidməti deyil...”
(27-01-2021, 08:41)
“Təbii ki, Bayden hakimiyyətinin Suriyada, Ukraynada və digər bölgələrdə Amerikanın siyasəti ilə yaşaya bilməyən və daha çox öz siyasətini yeridən Rusiyayla problemləri mövcuddur”
Bunu Moderator.az-a açıqlamasında yazıçı Orxan Fikrətoğlu deyib. Onun sözlərinə görə Rusiyada baş verənlər təkcə Navalının gücündə olan məsələ deyil, bunun arxasında duran qüvvələr var:
“Ümumiyyətlə, mənə elə gəlir ki, baş verənlər Rusiyadaxili məsələ deyil, daha çox Baydenin hakimiyyətə gəlməsi ilə bağlı məsələdir. Bayden hakimiyyətində təmsil olunan konfiliktoloqlar müxtəlif ölkələrdə xaos yaratmağa qabil siyasətçilər var. Təbii ki, Bayden hakimiyyətinin Suriyada, Ukraynada və digər bölgələrdə Amerikanın siyasəti ilə yaşaya bilməyən və daha çox öz siyasətini yeridən Rusiyayla problemləri mövcuddur. Navalnının Baydenin inaqurasiya ərəfəsində yenidən Rusiyaya qaytarılması, Putinə aid olan sarayın görüntülərinin yayılması və birdən-birə Rusiyanın 100-ə yaxın şəhərində mitinqlərin təşkil olunması inanmıram ki, təkcə Navalnının xidmətidir. Müəyyən mənada bu təşkilatlanmış və qurulmuş prosesdir.
İkinci məsələ ondan ibarətdir ki, Rusiya daxilində buna şərait var. İnsanların yaşam reallıqları o qədər də güclü deyil, kasıblar, problemlər çoxdur. Rusiyada müəyyən mənada söhbət təkcə Navalnıdan getmir, istənilən bir siyasi fiqurun formalaşması və Putin hakimiyyətinə qarşıdurma yaratmaq üçün zəmin var. Bunu da təbii ki, dünyanın bir çox siyasi politoloqları, Rusiyanın zəifləməsinə yönəlik siyasət yürüdən qüvvələr bilir və icra edir.
Rusiyanın bu gün zəifləməsi və qarşıdurmanın baş verməsi Azərbaycana necə təsir edəcək? Bax bu mənim üçün daha çox maraqlıdır. Çünki baş verənlər Rusiyada baş verir və bunun Azərbaycan reallığına heç bir aidiyyatı olmamalıdır. Amma Rusiya elə bir ölkədir ki, onun dağılması da, güclənməsi də problemdir. Azərbaycan gerçəkliyindən bu reallığa baxdıqda, xüsusilə üçtərəfli sazişdən sonra əldə olunmuş müəyyən Azərbaycan reallıqlarından sonra təbii ki, heç bir azərbaycanlı Rusiyada qarışıqlığın olmasını istəməz. Çünki əgər hakimiyyət dəyişərsə, münasibət də dəyişər. Azərbaycan-Rusiya arasında olan münasibətlər tamam başqa sferada inkişaf edə bilər. Mən demirəm ki, bu münasibətlər idealdır, yoxsa deyil. Sadəcə bu günki reallıqdan danışıram. Qaldı ki, Rusiyada baş verən proseslər, Navalnı fiquru o qədər də önəmli deyil. Putin devrilərsə, hakimiyyətə gələn adam da Navalnı deyil, Navalnının arxasında duran, Rusiya daxilində və xaricində olan qüvvələrdir. Təbii ki, bu prosesi idarə edən təkcə Navalnı deyil və düşünürəm ki, bu proses Baydenin hakimiyyəti dönəmində Rusiyada bu və ya digər formada özünü göstərəcəkdir. Nəticəsiylə bağlı nəsə demək hələ ki, çətindir. Düşünürəm ki, Rusiyada oturuşmuş hakimiyyət üçün də bu çətindir. Nə qədər ki, Ukrayna, Suriya və digər bu kimi münaqişə bölgələri var, bu proses baş verəcək”.
Ana səhifəyə qayıt
Oxunub: 144
Xəbəri paylaş
Xəbər lenti
03-09-2025 16:30
03-09-2025 13:00
03-09-2025 12:30
Ən çox baxılanlar
Seçilənlər