ADNSU-da 20 Yanvar hadisəsi qurbanlarının xatirəsi yad edilib
(20-01-2021, 12:30)



Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı və universitetin professor-müəllim heyəti 20 Yanvar hadisəsinin 31-ci ildönümü münasibəti ilə Şəhidlər xiyabanında olublar. 20 Yanvar şəhidlərini ziyarət edərək onların ruhuna dua edib məzarlarına gül dəstələri düzüblər. Həmçinin, ADNSU-nun rektoru, professor Mustafa Babanlı və universitetin əməkdaşları II Fəxri Xiyabanda dəfn olunan ADNSU-nun Vətən müharibəsində şəhid olmuş qəhrəman övladlarının da məzarlarını ziyarət ediblər.

Yanvarın 19-da həmçinin, ADNSU-da 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib. ADNSU-nun rektoru, professor Mustafa Babanlı, universitetin professor-müəllim heyəti şəhidlərimizin universitetdə olan baralyefləri önünə gül dəstələri qoyublar, şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Rektor Mustafa Babanlı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən hadisələrdən, xalqın milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəsindən danışıb. Bildirib ki, bu gün Azərbaycanın qələbə qazanması, əzəli torpaqlarına sahib çıxaraq ərazi bötüvlüyünü bərpa etməsi təsadüfü deyildir. Xalqımızın tarixində baş verən bütün hadisələr, torpaqlarımıza zaman-zaman uzanan əllər xalqımızın mübarizə əzmini daha da artırdı. Vətən müharibəsində qazandığımız şanlı qələbə, xalq-ordu-Ali Baş Komandan birliyi bunu bir daha sübut etdi.

Qeyd edək ki, ənənəvi olaraq hər il ADNSU-da 20 Yanvar hadisələri yad olunur, şəhidlərimizin ruhuna dua oxunur, həmin gecə baş vermis tarixi hadisələr haqqında gənclərə ətraflı məlumat verilir. Məlum qanlı gecə ilə bağlı silsilə tərdbirlər keçirilir. Bu il də ənənəyə uğyğun olaraq Azİİ e-Kitab Evi 20 Yanvar hadisələrinə həsr olunmuş sərgi təşkil edib. Yüzlərlə kitabın yer aldığı stend-sərgidə 20 Yanvar hadisələrindən bəhs olunan çoxlu sayda çap nümunələri yer alıb.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 139

Xəbər lenti
03-09-2025 09:30
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930