Qənirə Paşayeva qəhrəman şəhidimiz Musa Mustafayevin atası ilə görüşüb - FOTOLAR  
 (20-01-2021, 09:30) 
	Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova Masallı rayon, Xoşçobanlı kənd sakini, şəhid əsgər Musa Mustafayevin atası Əlövsət Mustafayevlə
görüşüb.

Qənirə Paşayeva şəhidin atasını işğalçı düşmən üzərində tarixi qələbə münasibətilə təbrik edib, ürək sözlərini bölüşüb: “Əziz Şəhid atası, Siz Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş əsgərin atasısız. İşğalçı düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Övladınızın ruhu qarşısında dərin ehtiramla baş əyirik!
Sizin oğlunuz Azərbaycan Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərənmcamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib. Bu medal oğlunuza Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə verilib.
Musa kimi əsgərlərimizlə hər zaman qürur duyacağıq! Onun və cəbhə yoldaşlarının vətənpərvərliyi sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub.
Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirik”!
Tarixi zəfər münasibətilə şəhid əsgərin atasına Milli Məclisin Mədəniyyət Komitəsi və RHİMİB adından Məktublar, üzərinə “Qarabağ Azərbaycandır!” yazılmış qol saatı təqdim edilib.
   Ana səhifəyə qayıt               
         
         
         
         
         
         
         
         
         Oxunub: 143
 
	
 	
	Xəbəri paylaş
	
			
		 
		 
  
            
Xəbər lenti
   
		    09-10-2025 16:23
 
                
 
 05-09-2025 09:00
 
                
 
 04-09-2025 17:30
 
                
 
 04-09-2025 13:30
 
                
 
 04-09-2025 09:30
 
                
 
 03-09-2025 16:30
 
                
 
 
				Ən çox baxılanlar
					
  
  
				Təqvim
					
  
  | « Noyabr 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B | 
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 
				Seçilənlər
					
  
  






