Azərbaycanın ən kriminal rayonları - SİYAHI  
 (14-01-2021, 14:30) 
	Azərbaycanda hansı bölgələrdə insanlar özlərini daha rahat və təhlükəsiz hiss edirlər?
Moderator.az Dövlət Statistika İdarəsinin təqdim etdiyi hesabata istinadən xəbər verir ki, il ərzində Azərbaycanda 26672 cinayət hadisəsi baş verib.
Statistikaya görə, Bakı Azərbaycanın ən kriminal bölgəsi hesab edilir.
Belə ki, Bakıda il ərzində 11704 cinayət hadisəsi qeydə alınıb. İkinci yerdə isə Abşeron rayonudur. Həmin bölgədə hüquq-mühafizə orqanları 1650 hadisə qeydə alıblar.
Statistikaya görə, kriminal hadisələrin çox olduğu üçüncü bölgə Xızı rayonu dayanır. Orada 1181 cinayət hadisəsi qeydə alınıb.
Dördüncü yerdə isə Astara və Biləsuvar rayonlarıdır. Həmin bölgələrdə 674 və 616 kriminal hadisə qeydə alınıb.
Kriminal hadisələrin ən çox baş verdiyi 6-cı yer isə Lənkəran rayonudur. Burada 531 cinayət hadisəsi baş verib.
Statistikaya görə, Azərbaycanda ən təhlükəsiz bölgə Naxçıvan Muxtar Respublikasıdır.
Qeyd edək ki, 2020-ci ilin statistikası hazır olmadığı üçün rəqəmlər 2019-cu ilə aiddir.
   Ana səhifəyə qayıt               
         
         
         
         
         
         
         
         
         Oxunub: 187
 
	
 	
	Xəbəri paylaş
	
			
		 
		 
  
            
Xəbər lenti
   
		    09-10-2025 16:23
 
                
 
 05-09-2025 09:00
 
                
 
 04-09-2025 17:30
 
                
 
 04-09-2025 13:30
 
                
 
 04-09-2025 09:30
 
                
 
 03-09-2025 16:30
 
                
 
 
				Ən çox baxılanlar
					
  
  
				Təqvim
					
  
  | « Noyabr 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B | 
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 
				Seçilənlər
					
  
  






