Arvadını aldatdığı üçün 3 illik həbsə məhkum olundu...-İBRƏTAMİZ
(11-01-2021, 10:30)



 Mənşəcə İranlı Dubay sakini evlənmək məqsədi ilə şəxsiyyət sənədlərini saxtalaşdırdığı üçün üç il həbs cəzasına məhkum edilib. 

Moderator.az xəbər verir ki, bu haqda yerli "Gulf News” nəşri məlumat yayıb.

Dubay 1-ci instansiya məhkəməsinin verdiyi məlumata görə, 52 yaşlı müttəhim 2007-ci ildə həmyerlisi olan qadınla evlənmək üçün özünü fərqli adlı başqa şəxs kimi göstərib.

38 yaşlı  ev xanımı ərindən uşaq üçün sənədləşmə işlərindən ötrü  pasportunu və şəxsiyyət vəsiqəsini gətirməsini istəyəndə kişinin yalanı üzə çıxıb. Bundan sonra təqsirləndirilən şəxs əlində heç bir şəxsiyyət sənədi olmadığı üçün arvadını aldatdığını etiraf edib.

Təqsirləndirilən şəxsin keçmiş arvadı məhkəmədə nikah zamanı nişanlısının yalnız tibbi kart təqdim etdiyini və boşandıqdan sonra oğlu üçün sənəd təqdim etməsini davamlı olaraq təxirə saldığını söyləyib. Ərinin əsl adını öyrənən qadın polisə müraciət edib. İstintaq və dindirmə zamanı polis kürəkəni də daxil olmaqla toyda olan şahidlərin təqsirləndirilən şəxsin əsl adını bildiklərini aşkarlayıb.

Məhkəmə 52 yaşlı iranlını rəsmi sənədləri saxtalaşdırmaqda və rəsmi orqanlara bilərəkdən yalan məlumatlar verməkdə günahlandıraraq 3 il həbs cəzasına məhkum edib. Müttəhim həbs cəzasını çəkdikdən sonra vətəninə - İrana sürgün ediləcək.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 155

Xəbər lenti
03-09-2025 09:30
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930