Cəlilabadın Ağdaş kəndinin sakinlərindən təqdirəlayiq addım
(11-12-2020, 18:00)



Bugünlərdə Cəlilabadın Ağdaş kəndinin sakinləri şəhidlərlə bağlı maraqlı təşəbbüsə imza atıb. Belə ki, kəndə gedən yolun kənarında şəhidlərin şəkilləri asılan dirəklər basdırılıb. Bu barədə məlumat verən Arzu Qazıyeva sosial şəbəkədəki hesabında yazıb:

 

“Cəlilabadın Ağdaş kəndinin sakinləri kənddən olan I və II Qarabağ savaşının şəhidlərinin xatirəsini yaşatmaq üçün kəndə gedən yolun kənarında onların böyük ölçüdə foto şəkilləri asılmış dirəklər basdırıblar. Gözəl ideyadır. Mən hətta təklif edərdim ki, təkcə şəhidlərin yox, bütün iştirakçıların (həm də salamat qayıtmış əsgərlərin) fotoları olsun. Bu, həm təbliğatdır, həm yaddaşdır, həm də onlara ehtiramdır”.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 245

Xəbər lenti