Qış dövründə zəruri olan əsas vitaminlərin adları açıqlandı  
 (12-11-2020, 15:30) 
	Rusiyanın tanınmış dietoloqu Marina Makişa orqanizmin immunitetini gücləndirmək üçün qışda hansı vitaminlərdən istifadə olunması və hansı qidalara diqqət yetirilməsi zəruriliyindən danışıb.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, mütəxəssis qida rasionuna tərkibində zülalın yüksək olduğu məhsulları, məsələn əti, balığı, yumurtanı yetərli sayda əlavə etməyin əhəmiyyətli olduğunu deyib.
"Rasionda zülalın çatışmazlığı immunitetin azalmasına gətirib çıxara bilər. Buna görə onu xüsusilə respirator-virus xəstəlikləri dövründə xatırlayırıq və unutmuruq", - o "Zvezda" telekanalına deyib.
Dietoloq həmçinin vitaminlərin və antioksidləşdiricilərin əsas mənbəyi olan meyvələri, giləmeyvələri və tərəvəzləri məsləhət görüb.
Qışda həmçinin diqqəti turşuya qoyulmuş kələmə yönəltmək lazımdır, çünki onda bağırsaqların mikroflorasına və immun sisteminə müsbət təsir edən C vitamini var.
Bundan başqa, rasiona mütləq D vitaminini daxil etməyə dəyər. Çünki günəşli günlərin sayı azalır və bu vitaminin çatışmazlığını aradan qaldırmaq lazımdır. Ancaq bundan əvvəl orqanizmdə D vitamininin miqdarını bilmək üçün analizlər vermək lazımdır.
Həkim depressiya simptomlarının meydana çıxması halında rasiona B6 maqneziumunu əlavə etməyi məsləhət görüb.
   Ana səhifəyə qayıt               
         
         
         
         
         
         
         
         
         Oxunub: 169
 
	
 	
	Xəbəri paylaş
	
			
		 
		 
  
            
Xəbər lenti
   
		    09-10-2025 16:23
 
                
 
 05-09-2025 09:00
 
                
 
 04-09-2025 17:30
 
                
 
 04-09-2025 13:30
 
                
 
 04-09-2025 09:30
 
                
 
 03-09-2025 16:30
 
                
 
 
				Ən çox baxılanlar
					
  
  
				Təqvim
					
  
  | « Noyabr 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B | 
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 
				Seçilənlər
					
  
  






