Bakıda liseyin təmiri üçün valideynlərdən pul tələb edilib?
(29-08-2025, 12:00)

dovrunnabzi.az xəbər verir ki, məsələ ilə bağlı Məktəb-lisey kompleksindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, təhsil müəssisəsində yeni tədris ili öncəsi valideynlərlə ənənəvi görüş keçirilib:
"Əvvəlki illərdəki ənənəyə uyğun olaraq tədris korpusu dəyişən VI və VII sinif şagirdlərinin valideynləri övladlarının təhsil alacağı korpusla tanış olublar. Valideynlər həmin tədris korpusunun durumu ilə bağlı rəylərini bildiriblər.
Məktəb rəhbərliyi tərəfindən həmin valideynlərə bildirilib ki, bu korpusun təmiri üçün aidiyyəti üzrə müraciət olunub.
Bununla bağlı valideynlərdən vəsait tələb olunmasına dair iddialar tamamilə əsassızdır.
Pedaqoji kollektivin əsas məqsədi yeni dərs ilində məktəbimizdə daha səmərəli təhsil mühitinin formalaşmasına və qarşılıqlı etimada əsaslanan münasibətlərin yaradılmasına nail olmaqdan ibarətdir".
BŞTİ-dən bildirilib ki, Bakı şəhəri Məktəb-Lisey Kompleksinin fəaliyyəti Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən nəzarətdə saxlanılır:
"Qeyd edək ki, yeni dərs ilinə hazırlıq çərçivəsində təhsil müəssisələrinin infrastruktur və digər istiqamətlər üzrə ehtiyacları müəyyənləşdirilib və müvafiq tədbirlərin görülməsi məsələsinə baxılır".
Ana səhifəyə qayıt
Oxunub: 19
Xəbəri paylaş
Xəbər lenti
Ən çox baxılanlar
Seçilənlər