“İctimai nəqliyyatda gündəlik, aylıq və illik biletlər tətbiq olunmalıdır”
(28-08-2025, 15:30)

İqtisadçı-ekspert Natiq Cəfərli ictimai nəqliyyatda sərnişinlərin maraqlarına uyğun yeni tarif sisteminin tətbiqini təklif edib.
dovrunnabzi.az bildirir ki, onun sözlərinə görə, hazırda mövcud qiymət artımları xidmət keyfiyyətinə təsir göstərmir və sərnişinlərin məmnuniyyətini artırmır.
Natiq Cəfərli qeyd edib ki, ictimai nəqliyyatda sərnişinlər üçün gündəlik, həftəlik, altı aylıq və illik gediş biletləri təsis edilməlidir:
“Əgər bir günlük bilet alınırsa və gün ərzində istənilən qədər nəqliyyatdan istifadə edilirsə, bunun qiyməti 2 manat ola bilər. Aylıq biletlər təxminən 30 manat, altı aylıq biletlər 140 manat, illik biletlər isə 220 manat ola bilər. Belə sistem Avropa ölkələrində tətbiq olunur və sərnişinlər üçün həm daha sərfəli, həm rahatdır. Nəqliyyat şirkətlərinə də bu sistem sərfəlidir – hər dəfə öncədən pul almaqla, öz problemlərini, borc-xərclərini həll edə bilərlər”.
Ekspert həmçinin qeyd edib ki, şagirdlər, tələbələr və təqaüdçülər üçün xüsusi güzəştli kartlar hazırlanmalıdır. Bu kartlar fərdi qaydada, ad-soyadla bağlı olmalı və digər tariflərdən azı iki dəfə ucuz başa gəlməlidir:
“Məsələn, tələbə, şagird, təqaüdçü cəmi 100 manat (altı aylıq 55 manat) ödəməklə il ərzində metro və avtobusdan məhdudiyyətsiz istifadə edə bilər.

İldə 2-3 dəfə səs-küy salıb nəqliyyatda gediş haqqından danışıb, sonra artırırlar, amma bu qiymət artımı keyfiyyəti dəyişmir, müştəri məmnuniyyəti yaratmır".
Xatırladaq ki, son günlər sosial şəbəkələrdə və yerli mediada “Bakıda ictimai nəqliyyatda gediş haqqı 1 manat olacaq?” kimi iddialar gündəmə gəlib. Hələlik bu barədə rəsmi təsdiq yoxdur. Bununla belə, ekspertlər belə bir dəyişiklik mümkündür deyə səslənirlər.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 23

Xəbər lenti
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930