Məktəblərdə şagirdlər üçün yenilik: Sentyabrdan sonra tətbiq olunacaq
(26-08-2025, 09:30)

Sentyabr ayında məktəblər açıldıqdan qısa müddət sonra ölkənin müxtəlif bölgələrində və paytaxtda şagirdlər arasında velosiped yarışlarının təşkili planlaşdırılır.
Bu barədə avqustun 26-da Azərbaycan Velosiped İdmanı Federasiyası və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən və bölgələrdə velosiped idmanının inkişafı sahəsində fəaliyyət göstərəcək məşqçilərə həsr olunmuş təlim kurslarının açılış mərasimində Federasiyanın Birinci vitse-prezidenti Sahib Ələkbərov məlumat verib.
Onun sözlərinə görə, yarışların keçirilməsi həm məktəblilərin sağlam həyat tərzinə təşviqi, həm də velosiped idmanına marağın artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Ələkbərov əlavə edib ki, bu tədbirlər məktəblərdə idman mühitinin formalaşmasına, gənclərin vaxtlarını səmərəli keçirməsinə və gələcəkdə peşəkar idmançılar kimi yetişmələrinə zəmin yaradacaq.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 27

Xəbər lenti
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930