"Təzəpir" məscidi söküləcək? -Rəsmi
(7-08-2025, 16:30)

Hazırda "Təzəpir" məscidi ətrafındakı aparılan yenidənqurma işləri çərçivəsində tarix və mədəniyyət (memarlıq) abidələri qorunur.
Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ramiz İdrisoğlu deyib.
Onun sözlərinə görə, layihə dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət (memarlıq) abidələrinin mütləq şəkildə saxlanılaraq qorunmasını və abidə olmayan, lakin tarixi dəyəri olan bir sıra digər binaların saxlanılaraq məhəllənin ümumi konsepsiyasına uyğunlaşdırılmasını nəzərdə tutur:
"Burada, eyni zamanda, şəhər sakinlərinin və qonaqların asudə vaxtlarını səmərəli keçirməsi üçün yaşıl zonalar, mədəniyyət ocaqları, əlverişli infrastruktur yaradılacaq".
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 43

Xəbər lenti
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930