7 saylı Cəzaçəkmə Müəssəsində nə baş verir
(19-07-2025, 14:00)

 Son günlər bəzi media mənsubları və bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 7 saylı cəza çəkmə müəssisəsində özbaşnalıqlarla bağlı başlanan çox saylı və silsilə yazılar Milli.tv olaraq bizi də çox maraqlandırdı. Yaranmış vəziyyəti təhlil edərək yazılanların gerçək, yoxsa yalan olması faktını üzə çıxartmaq məqsədi ilə bir araşdırmaya başladıq.
Düzdür, hazırda 7 saylı cəzaçəkmə müəssisəsi qapalı bir ərazi olduğundan buradan rahat şəkildə hər hansı bir informasiya əldə etmək elə də asan məsələ olmadığı üçün biz informasiya əldə etmək məqsədi ilə həmin müəssisədə məhbus həyatı yaşayan "AJA.az" saytının təsisçisi və baş redaktoru olan E.Qurbanovla əlaqə saxladıq. Qurbanovun bizə bildirdiyinə görə 7 saylı cəzaçəkmə müəssəsində son bir il ərzində aparılan islahat nəticəsində müəssisədə bir çox yeniliklərin olması açıq-aydın göz qabağındadır. Bununla bərabər 7 saylı cəza çəkmə müəssinin 2 ildir ki, rəisi olan Mehman Əliyevə gəldikdə, Qurbanov onu da bizə bildirdi ki, bütün həbsxanalarda olan məhbuslar istəyərlər ki, həbsxana rəisi təbiətcə zəif iradəli adam olsun, həbsxanada nizam-intizam olmasın, belə hallar olanda məhbuslar həbsxanada min oyundan çıxırlar. Ancaq Mehman Əliyev rəis təyin olunan vaxtdan 7 saylı cəza çəkmə müəssəsində yaratdığı ciddi nizam-intizam bir çox insanlara sərf etmir və buna görə də Mehman Əliyevi davamlı islahatlar aparmasından küsdürmək üçün belə xoşagəlməz informasiyalar yayaraq öz arzu və niyyətlərinə çatmaq istəyirlər. Xatrladaq ki, bu fikirləri hazırda məhbus həyatı yaşayan jurnalist E.Qurbanov bizə bildirdi.
Milli.tv olaraq hazırda cəzaçəkmə müəssəsində cəza çəkən məhbusların yaxınları ilə apardığımız əlavə araşdırma nəticəsində o da məlum oldu ki, əvvəlki illərdən fərqli olaraq cəzəçəkmə müəssəsinin ərazisində faliyyət göstərən market və alış-satış yerlərində qiymətlərdəki siyasətdə də dəyişiklik edilib. Əvvəllər daha baha satılan məhsullar indi həbsxanadan kənarda satılan qiymətlərlə uyğunlaşdırılıb ki, bu da məhbusların xeyrinə aparılmış islahatdır.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 27

Xəbər lenti
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930