Bu şəxslərin maaşı 2 min manataçatdı
(Dünən, 14:30)

2025-ci ilin əvvəlinə aid olan məlumata əsasən, Azərbaycanın dövlət qulluqçularının ortaaylıq əməkhaqqısı 1971 manata yüksəlib.
dovrunnabzi.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2024-cü il ərzində dövlət qulluqçularının maaşında orta hesabla 38 manat və ya 2 faiz artım baş verib.

Son 5 ilin müqayisəsi göstərir ki, dövlət qulluqçularının maaşında ən az artım ötən il qeydə alınıb. Beş il əvvəl dövlət qulluqçuları 1216 manat maaş alırdı. Bu göstərici 2022-ci ildə 1785 manata, 2023-cü ildə 1933 manata yüksəlib.

Dövlət qulluqçuları arasında ən yüksək orta əməkhaqqını Bakıda çalışanlar alır. Onların ortaaylıq maaşı 2540 manat təşkil edib. Son bir ildə Bakıda çalışanların maaşında 36 manat, yəni 1,4 faiz artım olub.

Bakıda rəhbər vəzifədə çalışan dövlər qulluqçularının maaşı isə 4708 manata çatıb. Bir il əvvəl rəhbər vəzifədə çalışan şəxslər 4673 manat alırdılar.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 1

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031