İyulun ən möhtəşəm Ayı bu tarixdə görünəcək
(9-07-2025, 16:30)

Bu il iyulun 10-da gecə səmasında "Maral Ay" ("Buck Moon") adlı unikal hadisə müşahidə olunacaq.
dovrunnabzi.az xəbər verir ki, bu, Ayın ilin ən alçaq mövqedə görünməsi ilə xarakterizə olunur.
Mütəxəssislər bildirir ki, Ay günbatan sonra qürub işıqları zamanı üfüqdə nəhəng və narıncı rəngdə görsənəcək. NASA bu hadisəni "Ayın illüziyası" adlandırır. Ay üfüqə yaxın olduqda böyük və parlaq görünür.
"Maral Ay" adı Şimali Amerikanın yerli xalqlarının təbiət dövrü və ovçuluq ənənələrindən gəlir. İyulda maralların buynuzları böyüyür, bu da dolunayın adında əks olunur.
Qeyd edək ki, astronomlar bu hadisəni şəhər işıqlarından uzaqda, təmiz havada izləməyi tövsiyə edirlər. Şimal yarımkürəsində Ay üfüqə çox yaxın görünəcək, Cənub yarımkürəsində isə daha yüksəklərdə parlayacaq.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 27

Xəbər lenti
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930