Azərbaycanda bir qrup şəxsə aylıq müavinətin verilməsi DAYANDIRILDI
(3-07-2025, 18:00)

 Azərbaycanda bir qrup şəxsin aylıq müavinətləri dayandırılıb.

dovrunnabzi.az xəbər verir ki, məcburi köçkünlüyü yaradan hallardan əvvəl ərazisi işğal olunmamış rayon sakininə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), uşaqları olmuş, lakin ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan qadınların və onların uşaqlarının vahid aylıq müavinətləri 2025-ci il iyulun 1-dən kəsilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən bildirilib ki, "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası" Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilib.

"Bu qayda əsasında vahid aylıq müavinət alan məcburi köçkünlərə dövlət büdcəsindən müvafiq vəsaitin ödənilməsi davam etdirilir. Bu və digər bəndlərin icrası müntəzəm xarakter daşıyır. Mütəmadi dürüstləşdirmə tədbirləri çərçivəsində, müəyyən edilmiş qaydalara əsasən məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsini istisna edən hallar aşkar olunduqda, həmin şəxslərə müavinətin ödənişi dayandırılır", - Dövlət Komitəsindən qeyd olunub.




шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 4

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031