Böyük Qayıdış davam edir: Daha 153 nəfər Kəngərliyə QOVUŞUR
(30-06-2025, 15:00)

dovrunnabzi.az xəbər verir ki, bu gün Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb.
Keçmiş məcburi köçkünlər Lökbatanda məcburi köçkünlər üçün salınmış “Qobupark-3”dən yola salınıb.
Ağdam rayonunun Kəngərli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Kəngərli kəndinə 37 ailə - 153 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Ana səhifəyə qayıt
Oxunub: 3
Xəbəri paylaş
Xəbər lenti
11-07-2025 18:00
Ən çox baxılanlar