Gələn həftədən məktəbli formaları ucuzlaşacaq
(25-06-2025, 13:30)

 Bakı Tikiş Evi (BTE) iyulun 1-dən etibarən məktəbli formalarının qiymətini 25 faizə qədər endirəcək.
 
dovrunnabzi.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a BTE-nin şöbə müdiri Etibar Əzimov məlumat verib.
 
Onun sözlərinə görə, qiymətlərin aşağı salınması barədə qərar ucuz satılan saxta məktəbli formaları ilə rəqabətdə uduzmamaq üçün qəbul olunub.
 
Şöbə müdiri bildirib ki, BTE-nin məhsullarının keyfiyyətli materialdan istehsal edilməsinə baxmayaraq, ucuz qiymətə satılan saxta məktəbli formalarına da tələbat müşahidə olunur. Buna görə də endirimlə bağlı qərar qüvvəyə minib və iyulun 1-dən etibarən məktəbli formaları yeni qiymətlə satışa çıxarılacaq.
 
E.Əzimov söyləyib ki, məktəbli formalarının yeni endirimli satış qiymətləri bu günlərdə müəyyənləşdiriləcək. O qeyd edib ki, yeni qiymətlər bütün geyimlərə şamil ediləcək.шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 17

Xəbər lenti
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930