Sertifikasiya çox rahat və şəffaf keçirildi - 58 bal toplayan müəllim
(24-06-2025, 09:30)

 Bu gün keçirilən müəllimlərin sertifikasiyası imtahanına 6142 müəllim dəvət olunub.
dovrunnabzi.az AzEdu.az-a istinadən xəbər verir ki, 1 saat 15 dəqiqə ərzində sertifikasiyadan 58 bal toplayan 185 nömrəli məktəbin biologiya müəllimi Əfsanə Cəfərova imtahanın çox rahat və şəffaf keçirildiyini bildirib.
O qeyd edib ki, suallar yaxşı hazırlanmışdı və tam olaraq müəllimin savadını ölçə biləcək səviyyədə idi:
"Əslində özüm üçün 60 bal gözləyirdim. Düşünürəm ki, iki sualı kurikulumdan səhv etmişəm. Suallar arasında asan, orta və çətin səviyyəli suallar var idi. Ümumilikdə suallar çox yaxşı tərtib olunmuşdu. Öhdəsindən gələ biləcək suallar idi, heç bir çətinlik yox idi", - deyə müəllim əlavə edib.шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 25

Xəbər lenti
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930