Bu suların əks təsirini bilsəniz, bir daha içməyəcəksiniz
(23-06-2025, 09:30)

Yay istilərində soyuq və şəkərli içkilərə maraq artsa da, mütəxəssislər bu içkilərin əks təsirlərinə diqqət çəkir.
Bu barədə Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) xəbərdarlıq edib.
Bildirilib ki, tərkibində yüksək şəkər olan içkilər bədəni sərinlətmək əvəzinə, susuz qoyaraq sağlamlıq üçün risk yarada bilər.
Meyvə şirələri və qazlı içkilər bədəndə sidikqovucu təsir göstərərək maye itkisinin artmasına səbəb olur. Bu da isti havada susuz qalma riskini daha da artırır.
Şəkərli içkilərin həddindən artıq qəbulu diabet, ürək və böyrək xəstəliklərini şiddətləndirə bilər. Xüsusilə sağlamlıq problemi olan şəxslər yay aylarında içki seçiminə diqqətlə yanaşmalıdır.
Mütəxəssislər sərinləmək üçün soyuq su, durulaşdırılmış təbii meyvə şirəsi və yağsız süd kimi içkiləri tövsiyə edir. Gün ərzində nizamlı su qəbulu da vacibdir. 
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 22

Xəbər lenti
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930