Bakı sakinlərinə CİDDİ XƏBƏRDARLIQ edildi - Sabaha qədər...
(13-06-2025, 09:30)

Yer kürəsində geomaqnit fəallığı artıb – orta səviyyədən yuxarı maqnit qasırğası qeydə alınıb.
dovrunabzi.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası yayıb.
Məlumata görə, geomaqnit qasırğası iyunun 13-də Bakı vaxtı ilə gecə saat 00:00-da başlayıb və ertəsi gün saat 05:00-da G2.3 gücünə çatıb.
Bildirilib ki, bu səviyyə artıq orta dərəcəni keçərək enerji infrastrukturuna və radio rabitəsinə mənfi təsir göstərə biləcək həddə çatır.
Alimlərin proqnozlarına əsasən, sabaha qədər Yerə böyük tac dəliyindən yayılan axınlar çata bilər. Bu da planetin artıq həmin axınların təsir zonasında yerləşdiyini göstərir.
Hazırkı mərhələdə fırtınanın nə qədər davam edəcəyi və gücünün hansı həddə çatacağı barədə dəqiq proqnoz vermək çətindir. Mütəxəssislər bildirirlər ki, Yer artıq qeyri-sabit maqnit mühitinə daxil olub və bu, geomaqnit göstəricilərində ciddi dalğalanmalarla müşahidə olunur.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 19

Xəbər lenti
03-09-2025 09:30
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930