“Mehriban qonşular”da dava - Usta onu videoya çəkəni döyüb
(19-05-2025, 15:00)

 Binə qəsəbəsi, Mehriban Qonşular deyilən ərazidə dava baş verib. Usta onu telefonla videoya çəkən şəxsi döyüb, avtomobilinə zərər vurub.
dovrunnabzi.az xəbər verir ki, Qadir adlı şəxs ərazidə işləyən Elşən adlı usta tərəfindən döyülüb.
Hadisə baş verən ərazi Qadir və şərikinə məxsus olub. Onlar boş torpaq sahəsi alaraq fərdi yaşayış evi tikib satırmışlar. Qeyd edilən ünvandakı torpaq sahəsi SOCAR-ın ərazisinə düşdüyü üçün məhkəmə qərarı ilə orada tikinti aparılması qadağan edilib. Bir müddət sonra Qadir şərikinin həmin ərazidə tikinti apardığını görüb. Bu məsuliyyətdən özünü kənar qoymaq üçün ustaların işləməsini videoya çəkib ki, sabah məsuliyyətə cəlb edilsə, əlində sübut olsun.
Ərazidə işləyən ustalardan biri olan Elşən Qadirin çəkiliş aparmasına etiraz edib və onun üzərinə gələrək əlindəki bellə ona zərbələr endirib. Qadir maşınına minib oradan qaçarkən avtomobilə də zərbələr vurub.
Məhkəmənin hökmü ilə Elşən qəsdən salamlığa az ağır zərər vurmaqda ittiham olunaraq 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 25

Xəbər lenti
03-09-2025 09:30
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930