Azərbaycanda 16 yaşlı qız 33 yaşlı kişiyə ərə verilir
(15-05-2025, 12:30)

Azərbaycanda 16 yaşlı qız 33 yaşlı kişiyə ərə verilir

Sabirabadda 16 yaşlı qızı bu gün 33 yaşlı oğlana ərə vermək istəyiblər.
dovrunnabzi.az xəbər verir ki, bu haqda teleaparıcı Lalə Azərtaş Xəzər TV-nin "Təsir dairəsi" proqramında danışıb. O bildirib ki, bu gün qurulan toy məclisinin qarşısı alınıb:
"Mənə Sabirabad tərərfdən güclü bir qarğış küləyi gəlir. Çünki gecə ilə aldığım məlumatla bu gün Sabirabadın Yenikənd kəndində qurulan bir toy mərasimi ləğv edilib. Ona görə ki, bu toyda əyləşən qızın heç 17 yaşı tamam olmayıb. Məni bilirəm ki, indi bizi izləyirlər. Qulağıma bir-iki söz çatır. Mən axı dedim ki, darvazanın o biri tərəfində bizim əməkdaşlarımız var. O toy bu gün olmayacaq. 16 yaşlı bir uşağı məndə olan məlumata görə 33 yaşlı xalası oğluna məcbur ərə vermək istəyiblər. Qohum evlilikləri iyunun 1-dən rəsmi olaraq qadağan olunacaq. Ona görə də belə tələsik etmək istəyirdilər ki, iyunun 1-dən dövlət qadağa edəcək. Hətta eşitdiyimə görə, toy üçün 20 min xərc çəkilibmiş. İndi orada çal-çağır olmalı idi".

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 16

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031