İşdən çıxarılan məktəb direktorları təhsildən tamamilə uzaqlaşdırılır?
(14-05-2025, 13:30)

İşdən çıxarılan məktəb direktorları təhsildən tamamilə uzaqlaşdırılır?

Bakı şəhəriindəki 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibli vəzifəsindən azad edilib.
Rəsmi açıqlamada bildirilib ki, Yaqut Müseyibli fəaliyyətində yol verdiyi nöqsanlara görə işdən çıxarılıb.
Qeyd edək ki, 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibliyə məxsus olduğu iddia edilən səs yazısı yayılıb. Səs yazısında o, "Son Zəng" üçün pul yığılmasını tələb edir.
Ancaq Yaqut Müseyibli nöqsanlara görə çıxarılan ilk məktəb direktoru deyil.
2024-cü il ərzində müxtəlif istiqamətlər üzrə 4743 monitorinq keçirilib. Ölkə üzrə təhsil müəssisələrini əhatə edən monitorinqlər nəticəsində 36 məktəb direktoru işdən azad edilib, 38 nəfərə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 96 nəfərə töhmət verilib, 34 direktora isə xəbərdarlıq elan edilib.
dovrunnabzi.az-ın məlumatına görə, bu gün jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov işdən çıxarılan məktəb direktorlarının aqibəti barədə sualı cavablandırıb.
O qeyd edib ki, məktəb direktoru əmək funksiyasını kobud şəkildə pozan zaman tutduğu vəzifədən azad edilir:
"Direktorun təhsili və əvvəlki pedaqoji fəaliyyəti nəzərdə tutularaq əmək qanunvericiliyi ilə tənzimlənibsə, biz buna etiraz etmirik, o pedaqoji fəaliyyətini davam etdirə bilər. Ancaq məktəb rəhbərliyi kimi fəaliyyət göstərə bilməz”.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 22

Xəbər lenti
03-09-2025 09:30
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930