Suya borcu olanlara ŞAD XƏBƏR
(9-05-2025, 11:00)

 Əgər su sərfiyyatı ilə bağlı borcunuzun birdəfəlik ödənilməsi maddi imkanınız çatmırsa, o zaman borcların hissəli ödənişinə də şərait yaradılır.
dovrunnabzi.az xəbər verir ki, bu barədə ADSEA-nın mətbuat katibi Ceyhun Musayev açıqlama verib.
Bildirilib ki, bu zaman abonent İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin yerli sukanal idarələrinə yaxınlaşaraq şəxsiyyət vəsiqəsini və abonent kodunu təqdim etməlidir:
"Bu zaman borcun müəyyən hissəsini ödəməklə razılaşma protokolu imzalanır. Protokola əsasən borcun aylar üzrə bölünmüş ödəniş qrafiki abonentə təqdim olunur və bu təqdirdə su təchizatı dayandırılmır",-məlumatda bildirilib.
Bundan başqa, xüsusilə diqqətə çatdırılıb ki, yığılmış debitor borcların silinməsi və ya müəyyən hissəsinin azaldılması ilə bağlı ayrı-ayrı şəxslər tərəfindən verilən vədlər əsassızdır.
Məlumatda bildirilib ki, borcla bağlı məlumatlar abonent bazasında əks olunur, borcun azaldılması və silinməsi hər hansı bir şəxsin iradəsi və imkanı xaricindədir. Borcun azaldılması yalnız qanuni və əsaslandırıldığı halda həyata keçirilə bilər.шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 24

Xəbər lenti
03-09-2025 09:30
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930