Əhaliyə CİDDİ XƏBƏRDARLIQ: 24 saat ərzində qırmızı səviyyəli olacaq
(8-05-2025, 13:30)

 Yerə doğru güclü maqnit qasırğası yaxınlaşır. Növbəti 24 saat ərzində Yer kürəsi güclü maqnit fəallığının təsiri altına düşəcək.
dovrunnabzi.az xəbər verir ki, bu barədə Space Weather Prediction Center məlumat yayıb.
Mayın 9-u baş verəcək bu təbii hadisə qırmızı təhlükə səviyyəsində qiymətləndirilir. Qasırğanın K-indeksi 5-ə qədər yüksələcək. Mütəxəssislər bildirirlər ki, bu cür maqnit dalğalanmaları xüsusilə meteohəssas insanlar üçün narahatlıq yarada bilər. Təsirlərə baş ağrısı, halsızlıq və narahatlıq hissi daxildir. Bu əlamətlər artıq mayın 8-i axşam saatlarında hiss olunmağa başlaya bilər.
Qasırğa təkcə insan sağlamlığına deyil, həm də texnoloji sistemlərə mənfi təsir göstərə bilər. Radio əlaqələri, peyk sistemləri, mobil rabitə və GPS texnologiyasında qısa fasilələr qeydə alına bilər. Qasırğanın təsirinin mayın 10-u günortadan sonra tədricən azalacağı gözlənilir.шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 37

Xəbər lenti
03-09-2025 09:30
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930