Azərbaycanda bu şəxslərə pulsuz evlər veriləcək - 120 milyonluq layihə
(8-05-2025, 09:00)

 Kəlbəcər rayonunun Zar kəndində fərdi yaşayış evlərinin tikintisinə sərf olunacaq vəsaitin həcmi açıqlanıb.
Bu barədə dovrunnabzu.az Məcburi Köçkünlərin Sosial İnkişafı Fondundan məlumat əldə edib.
Bildirilib ki, rayonun 855 ailəlik Zar kənd yaşayış məntəqəsində birinci mərhələdə 547 fərdi yaşayış evinin, sosial obyektlərin, mühəhdis kommunikasiyaların, yol-küçə şəbəkəsinin tikintisi və abadlıq işlərinə başlanılır.
Fond bu işlərin icrasını "Amazone" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edib və onunla müqavilə bağlayıb. Müqavilənin dəyəri 120 milyon manatdan (120.628.652,59 manat) çoxdur.
Xatırladaq ki, Kəlbəcər rayonunun Zar kəndinin təməli 2023-cü ilin avqustun 25-də qoyulub.
Qeyd edək ki, Zar kəndində ümumilikdə 855 ailənin məskunlaşması planlaşdırılıb. Yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 243 hektardan çox torpaq sahəsinin ayrılması nəzərdə tutulub. Birinci mərhələdə kəndə 547 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır. Tikiləcək 547 evin 131-i ikiotaqlı, 289-u üçotaqlı, 92-si dördotaqlı, 35-i beşotaqlı olacaq. Burada, həmçinin 528 şagird yerlik məktəb, 100 yerlik uşaq bağçası tikiləcək.шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 12

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031