Hökumət Müsavat Partiyasına PUL AYIRDI
(7-05-2025, 18:00)
dovrunnabzi.az-ın məlumatına görə, hökumət tərəfindən bu il maliyyə dəstəyi veriləcək siyasi partiyalardan biri Müsavat Partiyasıdır.
Məlumatı saytımıza açıqlamasında partiyanın sədr müavini Gülağa Aslanlı da təsdiqləyib.
"Müsavat Partiyasının maliyyə hesabatı tam şəkildə qanunauyğun şəkildə tərtib olunduğuna görə bizə aid olan vəsait tam şəkildə ödənilib",- o deyib.
Müsavat Partiyasına nə qədər pul ayrılıb?
Gülağa Aslanlı ödənilən maliyyə vəsaitinin məbləği haqqında məlumat verməyib.
Qeyd edək ki, Müsavat Partiyası ötən il hökumətdən 10 min manata yaxın maliyyə yardımı alıb. Belə ki, 2024-cü ildə partiyanın hesabına dövlətdən 9200 manat köçürülüb.
Ana səhifəyə qayıt
Oxunub: 22
Xəbəri paylaş
Xəbər lenti
Ən çox baxılanlar