Floraya "DUR!" deməyin zamanıdır - ŞİKAYƏT
(26-01-2024, 13:04)

İnsan alveri bütün dünyada müasir dövrün ən ağrılı problemlərindən biri hesab edilir. Əksər dövlətlər kimi, bizim də respublikamızda problemin əsasında dayanan sosial, iqtisadi, mədəni, siyasi və digər amillərin aradan qaldırılması, insan alverinin bütün formalarına qarşı mübarizənin sərtləşdirilməsi, onun qurbanlarına hərtərəfli yardımın göstərilməsi istiqamətində zəruri addımlar atılır.
Hörmətli oxucular!


Redaksiamıza İmişli-Biləsuvar yolunda yerləşən, daha dəqiq desək elə Biləsuvarın özündə kafe-çayxana adı altında birmənalı şəkildə əxlaqsız yuvası işlədən Flora adlı qadından çoxsaylı şikayət məktubları daxil olub. Sakinlərin şikayətinə görə burdakı əxlaqsızlıq, "can bazarı" kimi fəaiyyət göstərən pritonda baş verənlər özünün pik həddinə çatıb.
Belə olan halda, maraqlıdır Biləsuvar Rayon Polis Şöbəsi, İnsan Hüquqlarının Müdafiəsi Komitəsi, İnsan Alverinə Qarşı Mübarizənin Baş İdarəsinin səlahiyyətli şəxsləri, rayonun güc strukturları hara baxır?
Ölkədə tüğyan edən Hepatit A virusunun sürətlə yayıldığı dönəmdə Floranın kafesində müştəri yolu gözləyən"xanım"ların hansı xəstəliklərin daşıyıcısı olması, da sual doğurur.
Floranın bu boyda özbaşınalığına yaşıl işıq yandıranlarmı var? Kimdir onlar?
Mövzunu davam etdirəcəyik..
Bizi izləyin...
Ana səhifəyə qayıt
Oxunub: 33
Xəbəri paylaş
Xəbər lenti
03-09-2025 16:30
03-09-2025 13:00
03-09-2025 12:30
Ən çox baxılanlar
Seçilənlər