"Oğlumun xatirəsinə bulaq düzəltmək adı ilə pulumuzu alıb..." - Şəhid ailəsindən İDDİA
(12-01-2024, 10:30)
Beyləqan rayon ərazisində yerləşən Xocavənd qəsəbəsində yaşayan şəhid valideynləri dələduz tərəfindən aldadıldığını iddia edir.
Şəhid Xəyal Namazovun atası Xudaverdi Namazov başına gələnləri əməkdaşımıza danışıb.
Xudaverdi Namazovun sözlərinə görə, özünü qeyri-hökümət təşkilatının rəhbəri kimi təqdim edən Hamlet Gülməmmədov adlı şəxs əvvəllər şəhidin böyük şəkli vurulmuş yeri onlardan alaraq xatirə bulağı tikmək qərarına gəlib.
İddialara görə, Hamlet Gülməmmədov öncə xatirə bulağının təşkilat tərəfindən inşa ediləcəyini desə də, sonra ailədən tikinti materiallarına və usta xərclərinə görə dəfələrlə pul alıb. Lakin ailənin sonradan tələb edilən əlavə məbləğə imkanı çatmadığı üçün işi dayandırmaq qərarına gəliblər.
Nəticədə isə şəhid ailəsi dələduzluğun qurbanı olduqlarını bildirirlər.
Daha ətraflı hazırladığımız videoreportajda:
Ana səhifəyə qayıt
Oxunub: 33
Xəbəri paylaş
Xəbər lenti
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər